This is a specific ad

Gürcüstanın yeni prezidenti bu gün ilk dəfə Parlamentdə çıxış edəcək

37

Another advertisement

Seçkilər kollegiyası tərəfindən prezident postuna seçilən Mixail Kavelaşvili parlamentdə ölkənin vəziyyətinin ən mühüm məsələləri ilə bağlı məruzə ilə çıxış edəcək.

Parlamentin yaz sessiyası Kavelaşvilinin çıxışı ilə açılıb.

Yaz sessiyasının ilk plenar iclasında “Gürcü arzusu” və “Xalq hakimiyyəti” partiyalarının deputatlarından əlavə, hökumət üzvləri, özünüidarə və konstitusiya qurumlarının rəhbərləri iştirak edəcək. Parlamentə Patriarxlığın nümayəndələri də dəvət olunub.

Reqlamentə uyğun olaraq, Kavelaşvilinin çıxışından sonra “Gürcü arzusu” fraksiyasının sədri və çoxluq lideri eləcə də çox güman ki, “Xalq Hakimiyyəti” partiyasının nümayəndəsi də çıxış edəcək.

Parlamentin bugünkü iclasında başqa heç bir məsələ müzakirə olunmayacaq.

Mixeil Kavelaşvilinin hesabatını işıqlandırmaq üçün parlamentə yalnız televiziya media nümayəndələri buraxılıb.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Prezident-ABŞ-ın yeni administrasiyası dövründə biz münasibətləri yenidən qura və normallaşdıra biləcəyik
Öncəki yazı
Onkoloji diaqnozu olan uşaqların xaricdə müalicəsi proqramı genişləndirilib