Yeni prezident artıq 5 il müddətinə Seçki Kollegiyası tərəfindən seçiləcək.
300 nəfərdən ibarət Kollegiyaya aşağıdakılar daxildir:
Gürcüstan Parlamentinin bütün üzvləri (150 deputat), Abxaziyanın Ali Şurasının bütün üzvləri (20 deputat), Acara Ali Şurasının bütün üzvləri (21 deputat) və bələdiyyələrin məclislərindən 109 nümayəndə.
Prezidenti seçmək üçün Kollegiyanın 2/3 hissəsinin, yəni 200 səsin dəstəyi lazımdır. Əgər namizədlərdən heç biri 200 səs toplaya bilməsə, ikinci tur keçiriləcək. Bu turda ən yaxşı iki nəticəni əldə edən namizədlər iştirak edəcək. Daha çox səs qazanan şəxs prezident olacaq. Seçkilər qanunverici orqanda keçiriləcək. Namizəd irəli sürmək hüququ Seçki Kollegiyasının azı 30 üzvünə aiddir. Hər bir nümayəndə yalnız bir namizədi prezidentliyə namizəd kimi irəli sürə və yalnız bir nəfərə səs verə bilər.