This is a specific ad

Gürcüstanın xarici ticarət dövriyyəsi – STATİSTİKA

40

Another advertisement

İlin birinci yarısında Gürcüstanın xarici ticarət dövriyyəsi 10,2 milyard ABŞ dollar təşkil edib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20,1% çoxdur.

QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, hesabat dövründə Gürcüstanın xarici ticarətində ixracın həcmi ötən ilin müvafiq dövrünə nisbətən 19,2% artaraq 3,050 milyard dollara çatıb. İdxal isə ötən 20,4% artıb və 7,215 milyard dollar təşkil edib.

Beləliklə, ölkənin xarici ticarətində altı ay ərzində 4,165 milyard dollar həcmində mənfi saldo yaranıb.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
İtaliyada Gürcüstan vətəndaşı saxlanılıb
Öncəki yazı
İstanbulda əcnəbilərin yaşayış icazəsi alması çətinləşdirilir