This is a specific ad

Gürcüstanın xarici ticarət dövriyyəsi 3 faiz artıb

212

Another advertisement

Gürcüstanın xarici ticarət dövriyyəsi 2024-cü ilin yanvar-avqust aylarında 14,7 milyard dollar təşkil edib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz çoxdur.

QafqazTürk Media xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Xidməti məlumat yayıb.

Bildirilir ki, hesabat dövründə xarici ticarətdə idxalın həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq 10,5 milyard dollar olub. İxracın həcmi isə 2023-cü ilin səkkiz ayı ilə müqayisədə 2,4 faiz artaraq 4,2 milyard dollara çatıb. Gürcüstanın mənfi ticarət saldosu 6,4 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 3,8 faiz çoxdur.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Bu ölkədə yüz minlərlə insan susuz qalıb
Öncəki yazı
Türkiyədə FETÖ-ya qarşı əməliyyat keçirilib, 39 şübhəli saxlanılıb