Another advertisement
Gürcüstanın xarici ticarət dövriyyəsi 2024-cü ilin yanvar-avqust aylarında 14,7 milyard dollar təşkil edib. Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3 faiz çoxdur.
QafqazTürk Media xəbər verir ki, bu barədə ölkənin Milli Statistika Xidməti məlumat yayıb.
Bildirilir ki, hesabat dövründə xarici ticarətdə idxalın həcmi 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq 10,5 milyard dollar olub. İxracın həcmi isə 2023-cü ilin səkkiz ayı ilə müqayisədə 2,4 faiz artaraq 4,2 milyard dollara çatıb. Gürcüstanın mənfi ticarət saldosu 6,4 milyard dollar təşkil edib ki, bu da ötən illə müqayisədə 3,8 faiz çoxdur.