Gürcüstanın xarici ticarət dövriyyəsi 3 %-ə yaxın azalıb

0

Bu ilin yanvar-aprel aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 6,6 milyard ABŞ dolları təşkil edib.

QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstan Statistika İdarəsi məlumat yayıb.

Bildirilir ki, bu, ötən ilin eyni dövrünün göstəricisindən 2,7 % azdır.

Bu müddət ərzində ölkənin ixracı 1,8 milyard ABŞ dolları təşkil edib. Bu, 2023-cü ilin ilk 4 ayının göstəricisi ilə müqayisədə 10,1 % azdır.

Bu dövr ərzində Gürcüstanın idxalı isə 0,3 % artaraq 4,8 milyard ABŞ dolları dəyərində olub.

İlin ilk dörd ayında ölkənin xarici ticarət dövriyyəsindən mənfi ticarət saldosu 3 milyard ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 7,5 % çoxdur.

0
0
Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Rus qanunu ilə bağlı 12 ölkənin xarici işlər naziri Cozzef Borelə və OLiver Varheyə müraciət edib
Öncəki yazı
Tələbələrin tətili başlayıb, aksiyaya 30 universitet qoşulub