This is a specific ad

Gürcüstanın xarici dövlət borcu açıqlanıb

51

Another advertisement

2024-cü ilin mart ayına olan məlumata görə, Gürcüstanın dövlət xarici borcu 8,722 milyard dolları, bugünkü məzənnə ilə isə 23,510 milyard larini ötüb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 249,843 milyon dollar çoxdur.

QafqazTürk.com xəbər verir ki,bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin açıqlamasında qeyd olunub.

Qeyd edək ki, həmin hesabat dövründə hökumətin xarici borcu xüsusi olaraq artıb, Milli Bankın borcu isə azalıb. Daha dəqiq desək, dövlət borcu mart ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 287 milyon dollara yaxın artaraq 8 milyard 326 milyon dollar olubsa, 2023-cü ilin martında bu rəqəm 8 milyard 39 milyon dollar olub. Milli Bankın borcu 433,164 milyon dollardan 396,553 milyon dollara qədər azalıb.

Bununla belə, 2024-cü ilin mart ayına olan məlumata görə, Gürcüstanın ən böyük kreditorları bunlardır: Asiya İnkişaf Bankı (AİB), Avropa İnvestisiya Bankı (AİB) və Beynəlxalq İnkişaf Bankı (BYİB).

2024-cü ilin mart ayına olan əsas kreditorlar:

Asiya İnkişaf Bankı (AİB) – 2,238 milyard dollar

Avropa İnvestisiya Bankı (EIB) – 1,118 milyard dollar

Dünya Bankı, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) – 1,519 milyard dollar

Dünya Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası (BİA) – 556,8 milyon dollar.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Ge/Az მარნეულის მუნიციპალიტეტში ახალგაზრდული სტრატეგიის დოკუმენტი მუშავდება
Öncəki yazı
ABŞ Gürcüstanın “xarici təsir” qanununun Kremldən ilhamlanaraq hazırlandığını bəyan edib