This is a specific ad

Gürcüstanın xaricdəki 67 minə yaxın vətəndaşı parlament seçkilərində səs verəcək

137

Another advertisement

Gürcüstanın xaricdə konsulluq hesabında olan 67 minə yaxın vətəndaşı qarşıdan gələn seçkilərdə iştirak edə biləcək.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb.

Avqustun 29-na olan məlumata əsasən, konsulluq hesabında 66 997 yetkinlik yaşına çatmış vətəndaş olub ki, bu da cari ilin iyul ayı ilə müqayisədə 4 512 nəfər çoxdur.

Məlumatda bildirilir ki, onlar Gürcüstan Xarici İşlər Nazirliyinin saytında, eləcə də yaşadığı ölkənin səfirliyində və ya konsulluğunda qeydiyyatdan keçə bilərlər.

Məlumat üçün bildirək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-na təyin edilib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Bu il üzüm yığımına 500-dən çox şərab müəssisəsi cəlb olunacaq
Öncəki yazı
Bu ölkə Rusiyaya ballistik raketlər göndərib