This is a specific ad

Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Marneuliyə gəlib

66

Another advertisement

Noyabrın 17-də Gürcüstanın Xalq Müdafiəçisi Levan İoseliani Marneuli bələdiyyəsinə gəlib. O, yerli sakinlər, media və vətəndaş sektorunun nümayəndələri ilə görüşüb.

Görüşdə Kvemo Kartli bölgəsinin sakinlərinin sosial vəziyyəti, dövlət xidmətlərinin, o cümlədən yaşlılara göstərilən xidmətin nöqsanları, təhsillə bağlı problemlər, erkən nikah problemi, bələdiyyə səviyyəsində qərarların qəbulu prosesinə mülki sektorun cəlb edilməsi məsələlərindən bəhs edilib.

Xalq Müdafiəçisi Marneuliyə səfəri zamanı rayonun mədəni irsi, o cümlədən çay süfrəsi, Azərbaycan rəqsləri və xalçaçılıq ənənələri ilə də tanış olub.

Kateqoriya: Gündəm
Sonrakı yazı
Gürcüstanın müdafiə naziri Ermənistanın baş naziri ilə görüşüb
Öncəki yazı
Ukraynada daha bir gürcü döyüşçü həlak olub