2023-cü il iyun ayının 30-na 24,2 milyard ABŞ dolları (63,2 milyard lari) təşkil edib ki, bu da son dörd rübün ÜDM-nin 85,9 faizini təşkil edir.
Milli Bankın məlumatına görə, xarici borcun ümumi statistikası tədiyyə balansına uyğunlaşdırılıb. Buraya dövlətin (dövlət sektoru, dövlət müəssisələri və Milli Bank) və özəl sektorun (bank və digər sektorlar) xarici borcu daxildir. Xarici borc statistikası Beynəlxalq Valyuta Fondu tərəfindən hazırlanmış “Xarici borc statistikası, tərtibçilər və istifadəçilər üçün bələdçi” – 2003-cü il metodologiyasına əsasən hazırlanır.
2023-cü ilin ikinci rübündə Gürcüstanın ümumi xarici borcu 260,3 milyon ABŞ dolları artıb. Bundan əməliyyat dəyişiklikləri hesabına borc 320,1 milyon ABŞ dolları, qiymət və digər dəyişikliklər hesabına müvafiq olaraq 13,3 və 4,7 milyon ABŞ dolları artmış, məzənnə dəyişikliyi ilə əlaqədar borc 77,8 milyon ABŞ dolları azalmışdır.
Dövlətin xarici borcu 10,8 milyard ABŞ dolları (28,3 milyard lari) təşkil edib ki, bu da ÜDM-in 38,4 faizini təşkil edir. 30 iyun 2023-cü il tarixinə Gürcüstanın xalis xarici borcu 13,0 milyard ABŞ dolları (34,0 milyard lari) təşkil edib ki, bu da son dörd rübün ÜDM-nin 46,1 faizini təşkil edir. Bundan dövlət sektorunun xalis xarici borcu 5,9 milyard ABŞ dolları (15,4 milyard lari) təşkil edir ki, bu da ÜDM-in 21,0 faizini təşkil edir.