Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, Gürcüstanın Türkiyədəki səfirliyi Sudandakı Gürcüstan vətəndaşları, həmçinin onların ailə üzvləri ilə əlaqə saxlayır və bütün istiqamətlərdə işləyir.
“Gürcüstanın Türkiyədəki səfirliyi qeyd olunan faktla bağlı məlumatlandırılıb və Sudandakı Gürcüstan vətəndaşları, eləcə də onların ailə üzvləri ilə əlaqə saxlayır. Səfirlik bütün istiqamətlərdə iş aparır”, – nazirlikdən bildirilib.
Xatırladırıq ki, Sudanda ordu ilə “Sürətli Dəstək Qüvvələri” (RSF) hərbi qruplaşması arasında qarşıdurma davam edir. Son məlumata görə, toqquşmalar nəticəsində 100-ə yaxın insan həlak olub, yaralananların sayı isə 1100-ə çatıb.
Sudanda qalan gürcülər kömək istəyir. Qaynar nöqtədə olan Gürcüstan vətəndaşlarının yaxınları “Mtavari arxi” ilə əlaqə saxlayıblar. Onların sözlərinə görə, üçüncü gündür ki, gürcüləri həmin yerdən çıxarmaq mümkün deyil.