Gürcüstanın sürücülük vəsiqəsi ilə Yunanıstanda hərəkət mümkün olacaq. Artıq Gürcüstan və Yunanıstan Respublikası hökumətləri arasında “Sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və mübadiləsi haqqında” müvafiq saziş imzalanıb.
Gürcüstan hökumətinin 9 sentyabr tarixli fərmanında oxuyuruq:
“Gürcüstanın Beynəlxalq Müqaviləsi haqqında Gürcüstan Qanununun 11-ci maddəsinə uyğun olaraq, Gürcüstan Hökuməti ilə Yunanıstan Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin tanınması və dəyişdirilməsi haqqında saziş imzalanmalıdır”.
Xatırladaq ki, oxşar saziş Gürcüstan və İspaniya arasında da qüvvədədir. Müqaviləyə əsasən, tərəflər tərəfindən verilmiş etibarlı sürücülük vəsiqəsinin sahibləri nəzəri və praktiki imtahan vermədən qanuni yaşadıqları dövlətdə bərabər qüvvədə olan sürücülük vəsiqəsi ala biləcəklər.