This is a specific ad

Gürcüstanın şəkər idxalı bahalaşıb

54

Another advertisement

Hindistan son 7 ildə ilk dəfə şəkər ixracına qadağa qoya bilər.

QafqazTürk.com xəbər verir ki, ölkə hakimiyyətinin fikrincə, mümkün qadağanın əsas məqsədi daxili tələbatı ödəmək və etanol istehsalını saxlamaqdır.

Qiymət artımı artıq Gürcüstanda ixrac qiymətində özünü göstərir, çünki 2023-cü ilin ilk 7 ayında Gürcüstan 75 min 291 ton, 2022-ci ildə 77 min 804 ton şəkər alıb.

2023-cü ildə Gürcüstana şəkər idxal edən ilk 10 ölkənin siyahısını təqdim edirik:

  • Braziliya – 20,4 milyon ABŞ dolları dəyərində 32 min 175 ton
  • Birləşmiş Ərəb Əmirlikləri – 9,1 milyon ABŞ dolları dəyərində 14 min ton
  • Fransa – 6,05 milyon ABŞ dolları dəyərində 7 min 542 ton
  • Mərakeş – 5,05 milyon ABŞ dolları dəyərində 5 min 720 ton
  • Hindistan – 2,7 milyon ABŞ dolları dəyərində 3 min 971 ton
  • Azərbaycan – 2,5 milyon ABŞ dolları dəyərində 3 min 579 ton
  • Misir – 2,2 milyon ABŞ dolları dəyərində 3 min 105 ton
  • Rusiya – 1,7 milyon ABŞ dolları dəyərində 3 min 137 ton
  • Hollandiya – 1,4 milyon ABŞ dolları dəyərində 1824 ton
  • Kolumbiya – 74,8 min ABŞ dolları dəyərində 99,9 ton

Xatırladaq ki, 20 iyul 2023-cü ildə Hindistan düyünün 80%-nin ölkədən ixracına qadağa qoyub.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Şovi fəlakətində ölənlərin ümumi sayı məlum olub
Öncəki yazı
2023-cü ilin II rübündə Gürcüstanlı turistlərin xarici ölkələrdəki xərcləri – STATİSTİKA