This is a specific ad

“Gürcüstanın seçki pozuntularını aşkar edəcəyini və üzərinə düşən öhdəlikləri yerinə yetirəcəyini gözləyirik”- Nəbilə Məsrəli

259

Another advertisement

“Avropa İttifaqı gözləyir ki, Gürcüstanın Mərkəzi Seçki Komissiyası və digər aidiyyatı qurumlar seçki pozuntularını və ittihamları tez, şəffaf və müstəqil şəkildə araşdırmaq və onlara baxmaq üçün üzərinə düşən öhdəlikləri yerinə yetirəcəklər”.

QafqazTürk Media xəbər verir ki, Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik üzrə sözçüsü Nəbilə Məsrəli bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı hadisələri diqqətlə izləyir.

“Deyə bilərəm ki, biz şənbə günü Gürcüstanda keçirilən parlament seçkiləri ilə bağlı hadisələri diqqətlə izləyirik. Gördünüz ki, dünən Ali Nümayəndə və Avropa Komissiyasının ilkin reaksiyası dərc edilib və biz açıq şəkildə bildirdik ki, Avropa İttifaqı Gürcüstanın Mərkəzi Seçki Komissiyasından və digər aidiyyəti qurumlardan məsələni tez, şəffaf və müstəqil şəkildə araşdırmaq və həll etmək öhdəliyini yerinə yetirməsini gözləyir. Pozuntular dəqiqləşdirilməli və müzakirə edilməlidir”, – deyə Nəbilə Məsrəli vurğulayıb.

Nəbilə Məsrəli qeyd edib ki, Aİ ATƏT/DTİHB-nin yekun hesabatını və tövsiyyələrini gözləyir və bu, mümkün qədər tez həyata keçirilməlidir.

“Əlbəttə, Avropa Şurasının oktyabrın 17-də qəbul etdiyi nəticələrə uyğun olaraq, biz Gürcüstanı Avropaya inteqrasiyanın əsas prinsiplərinə uyğun olaraq demokratik, inklüziv və davamlı islahatlara çağırırıq. Bu kontekstdə Avropa İttifaqı qeyd edir ki, Gürcüstan vətəndaşlarının əsas hüquq və azadlıqlarına xələl gətirən və Avropa İttifaqının əsas götürdüyü dəyər və prinsiplərə zidd olan istənilən qanunvericilik geri götürülməlidir.

“Biz vəziyyəti yaxından izləməyə davam edəcəyik, Aİ-nin Ali Nümayəndəsi noyabrda keçiriləcək növbəti Xarici İşlər Nazirləri Şurasında seçkilərin əhəmiyyətini müzakirə edəcək, həmçinin Çarlz Mişel bildirib ki, o, Gürcüstanın qeyri-rəsmi iclasının gündəliyinə Gürcüstanı da daxil edəcək”-  deyə Nəbilə Məsrəli qeyd edib.

Rusiyanın Gürcüstanda keçirilən seçkilərə təsir göstərməyə cəhd edib-etməməsi ilə bağlı suala N.Məsrəli deyib ki, “Bəli, Rusiya Gürcüstandakı seçkilərə təsir göstərməyə çalışıb demək ədalətlidir”.

Kateqoriya: Dünya, Gündəm, Siyasət
Sonrakı yazı
Tbilisidə genişmiqyaslı aksiya davam edir
Öncəki yazı
Vatsapda statuslarla bağlı yenilik