Another advertisement
Rusiya hüquq-mühafizə orqanları qiyabi olaraq külli miqdarda dələduzluqda ittiham olunan Gürcüstanın keçmiş müdafiə naziri David Kezeraşvilini beynəlxalq axtarışa verib.
QafqazTürk Media xəbər verir ki, Moskva məhkəməsi onu qiyabi həbs edib.
D. Kezeraşvilinin nümayəndələri bu qərardan apellyasiya şikayəti verməyiblər və bundan irəli gələrək, qərar qanuni qüvvəyə minib.
Məlumata əsasən, sözügedən şəxsin iki cinayət işi üzrə təqsirləndirilən şəxs olduğu və yenidən cinayət işi üzrə axtarış elan edildiyi deyilir.