This is a specific ad

Rustavi2 telekanalı Gürcüstan azərbaycanlılarını “Diaspora” adlandırıb

274

Another advertisement

10 Oktyabr tarixində “Gürcü Arzusu” partiyasının üzvlərinin və Rustavi şəhərinin meri Nino Latsabidzenin Rustavidə yerli azərbaycanlılarla görüşü baş tutub.

QafqazTürk Media xəbər verir ki, “Rustavi2” telekanalında “Kurieri” informasiya buraxılışında aparıcılar görüşlə bağlı xəbəri yayımlayarkən aparıcı efirdə görüşdə iştirak edən azərbaycanlıları “diaspora” adlandırıb.

Sözügedən telekanalın verdiyi xəbərin başlığı belə olub: ” ” Gürcü Arzusu” üzvləri Rustavidə Azərbaycan diasporasının nümayəndələri ilə görüşüb”.

Qeyd edək ki, Gürcüstan azərbaycanlıları diaspora deyil, aborigendir/yerli əhalidir və mərkəzi media telekanalının bu cür ifadəsi media standartlarına cavab vermir.

Qeyd edək ki, sözügedən xəbər başlığında “Gürcü Arzusu” üzvləri Rustavidə Azərbaycan diasporasının nümayəndələri ilə görüşüb” deyə qeyd olunması Gürcüstan azərbaycanlıları arasında birmənalı qarşılanmayıb.

Kateqoriya: Cəmiyyət, Gündəm
Sonrakı yazı
Putin Gürcüstan vətəndaşları üçün vizasız rejimi genişləndirib-Gürcüstan vətəndaşları artıq…
Öncəki yazı
Keçiriləcək parlament seçkiləri ilə əlaqədar olaraq işğal olunmuş Çxinvalidə de-fakto sərhədin bağlanması barədə qərar qəbul edilib