Gürcüstanın Mülki Aviasiya Agentliyinə yeni rəhbər təyin edilib.
QafqazTürk xəbər verir ki, Qivi Davitaşvili Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin Mülki Aviasiya Agentliyinin direktoru vəzifəsinə təyin edilib.
Gürcüstanın Mülki Aviasiya Agentliyindən verilən məlumata görə o, müsabiqənin nəticələrinə əsasən Nazirlik tərəfindən bu vəzifəyə seçilib.
2022-ci il oktyabrın 11-dən Qivi Davitaşvili Ukrayna Dövlətinin Mülki Aviasiya Agentliyinin direktoru, 2019-cu il martın 1-dən isə Mülki Aviasiya Agentliyinin direktorunun birinci müavini vəzifəsində işləyib. Agentlikdə işləməmişdən əvvəl Qivi Davitaşvilinin şəxsi sektorda, o cümlədən aviasiya biznesində müxtəlif rəhbər vəzifələrdə iş təcrübəsi var. Qivi Davitaşvili İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin hüquq fakültəsini bitirib.