Gürcüstanın müdafiə naziri Brüsseldə Belçika Krallığında səfərdədir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, İrakli Çikovani NATO-nun mənzil-qərargahında keçirilən “Rammstein Group Format”ın 26-cı iclasında iştirak edib.
“Görüşdə Alyansa üzv və tərəfdaş ölkələrin müdafiə nazirliklərinin rəhbərləri və yüksək rütbəli rəsmiləri iştirak ediblər”.
İclası Böyük Britaniyanın Müdafiə üzrə Dövlət Katibi Con Hili açıb. ABŞ-ın yeni müdafiə naziri Pit Heqset yüksək rütbəli rəsmilərə müraciət edib. Konfrans iştirakçıları Ukraynada davam edən müharibəni və Ukraynaya yardım ehtiyaclarını müzakirə ediblər.
Bu formatda görüşlər ABŞ-ın təşəbbüsü ilə 2022-ci ilin aprelində təsis edilib. Ukrayna Müdafiə Əlaqə Qrupunun 26-cı iclası Böyük Britaniyanın sədrliyi ilə keçirilir”, – nazirliyin məlumatında deyilir.