Another advertisement
Gürcüstanın milli komandası “Dinamo Arena”dan azarkeşlərin toplaşdığı Respublika meydanına gedib.
QafqazTürk.com xəbər verir ki,Gürcüstanın baş naziri İrakli Kobaxidze və Tbilisi meri Kaxa Kaladze Respublika meydanında olublar. Onlar Gürcüstan millisini və azarkeşləri tarixi qələbə münasibətilə bir daha təbrik ediblər.
Bununla yanaşı, baş nazir İrakli Kobaxidze parlamentin sədri Şalva Papuaşvili ilə birgə qəbul olunmuş qərarla Gürcüstanın futbol komandasının üzvlərinin “Şərəf” ordeninə namizəd göstərildiyini bildirib.