This is a specific ad

Gürcüstanın milli futbol komandası bu gün Albaniyanın futbol komandası ilə qarşılaşacaq

225

Another advertisement

Gürcüstanın futbol komandası bu gün “Millətlər Liqası”nın ikinci turu çərçivəsində Albaniyanın futbol komandası ilə qarşılaşacaq.

QafqazTürk Media xəbər verir ki, Qarşılaşma Tiranada keçiriləcək və Tbilisi vaxtı ilə saat 22:45-də başlayacaq.

Xatırladaq ki, qrupun ilk oyununda Gürcüstan millisi Çexiya futbol komandasına 4:1 hesabı ilə qalib gəlib.

Albaniya millisi də ilk turun Ukrayna ilə oyununu qələbə ilə başa vurub.

Birinci turdan sonra qrupda 3-3 xalla Gürcüstan və Albaniyanın futbol komandaları liderlik edir.

Gürcüstan millisinin UEFA Millətlər Liqasının qrup mərhələsinin səfər oyununun Tbilisidə, Birinci Respublika meydanında ictimai nümayişi keçiriləcək.

Kateqoriya: Cəmiyyət, İdman
Sonrakı yazı
Ermənistan və Avropa İttifaqı viza rejiminə yenidən baxılması ilə bağlı danışıqlara başlayıb.
Öncəki yazı
48-i uşaq olmaqla 115 nəfər şaurmadan zəhərlənib