Gürcüstanın hakimiyyəti İsrail–HƏMAS razılaşmasını alqışlayır – ƏTRAFLI

60

Gürcüstanın hakimiyyəti İsrail–HƏMAS razılaşmasını alqışlayır.

“Gürcü Arzusu” partiyasının rəhbəri İrakli Kobaxidze Qəzza zolağında əldə olunan atəşkəs və girovların azad olunması razılaşmasını alqışlayıb. QafqazTürk Media xəbər verir ki, Kobaxidze platforma X-də yazıb:

“Qəzza zolağında atəşkəsi sülhə doğru ümidverici bir addım kimi qiymətləndiririk. Prezident Donald Trampın nümunəvi diplomatiyası, həmçinin Qətər, Misir və Türkiyənin vasitəçiliyi bu razılaşmanın əldə olunmasında həlledici rol oynadı. Girovların dərhal azad olunması uzunmüddətli sülh yolunu açacaq və bu, bizim ortaq məsuliyyətimizdir.”

Xatırladaq ki, 9 oktyabr tarixində İsrail və HƏMAS  təşkilatı  arasında Trampın təşəbbüsü ilə əldə olunan razılaşmanın birinci fazası Qəzza zolağında atəşkəs və israilli girovların azad edilməsini, əvəzində fələstinli məhbusların buraxılmasını nəzərdə tutur.

Razılaşma həm israillilər, həm də fələstinlilər tərəfindən sevinclə qarşılanıb. Rəsmi mənbələr bildirir ki, sənədə Misirin Şarm əl-Şeyx kurortunda keçirilən dolayı danışıqlardan sonra imzalanıb.

Razılaşmaya əsasən, döyüş dayandırılacaq, İsrail Qəzza zolağından qismən çıxacaq və HƏMAS qalan bütün girovları azad edəcək – bu, İsrailin saxladığı yüzlərlə paleştinli məhbusla əvəz ediləcək.

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Azyaşlı qız ov tüfəngindən açılan atəş nəticəsində yaralanıb, vəziyyəti isə…
Öncəki yazı
Gürcüstanın hakimiyyəti İsrail–HƏMAS razılaşmasını alqışlayır – ƏTRAFLI