This is a specific ad

Gürcüstanın Ermənistandakı Səfirliyinin birinci katibi Ermənistanı tərk edib

290

Another advertisement

Gürcüstanın Ermənistan Respublikasındakı səfirliyinin birinci katibi Aleksandr Qoqoladze daxili nizam-intizamı kobud şəkildə pozduğuna görə ona qarşı intizam işi açılıb.

Belə ki, Aleksandre Qoqoladze üzrlü səbəb olmadan, uzunmüddətli ezamiyyətdə olduğu Ermənistanda müvafiq proseduru pozaraq ölkəni özbaşına tərk edib.

QafqazTürk Media xəbər verir ki bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Nazirliyin yaydığı məlumata görə, ölkəni tərk etməsi barədə və müvafiq qaydada iş saatları ərzində işə getməməsinin səbəbini açıqlamayıb.

Məlumat üçün bildirək ki, Sosial Ədalət Mərkəzi Xarici İşlər Nazirliyinin əməkdaşı Aleksandre Qoqoladzenin maraqlarını müdafiə etmək üçün Tbilisi Şəhər Məhkəməsinə müraciət edib. İddia ərizəsində Sosial Ədalət Mərkəzi Qoqoladzeyə qarşı qoyulmuş intizam məsuliyyətinin ləğv edilməsini, ayrı-seçkilik faktının müəyyən edilməsini və mənəvi zərərin ödənilməsini xahiş edir.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Baş nazir: “Müəllimlərin əmək haqqları artırılacaq”
Öncəki yazı
Avtomobil ustası faciəli şəkildə həyatını itirdi Avtomobil…