Another advertisement
Gürcüstanın Çexiyadakı səfiri istefa verib.
QafqazTürk Media xəbər verir ki, bu barədə sosial şəbəkədə Tea Maisuradze məlumat yayıb.
Onun sözlərinə görə, o, Gürcüstanın Avropa gələcəyinə sadiq qalır.
“Mən Gürcüstanın Çexiyadakı səfirinin istefası ilə bağlı bəyanat yazmışam. İyirmi ilə yaxındır ki, ölkəmin milli maraqlarına xidmət etmək, onun suverenliyini və ərazi bütövlüyünü qorumaqla onun Avropa və Avro-Atlantik inteqrasiyasını təşviq etmək mənim üçün böyük şərəfdir. Mən Gürcüstanın Avropa gələcəyinə sadiq qalıram!”, – Tea Maisuradze yazır.