Another advertisement
Matəm günü münasibətilə Gürcüstanın bütün ərazisində dövlət bayraqları endirilib.
Onların arasında parlament binası, Gürcüstan hökuməti administrasiyası, həmçinin Daxili İşlər Nazirliyinin inzibati binaları və Müdafiə Nazirliyinin bina və hərbi hissələri üzərində dövlət bayraqları da var.
Məlumat üçün bildirək ki, Gürcüstan hökumətinin qərarı ilə yanvarın 9-u işğal olunmuş Abxaziya ərazisində Qali rayonunun Saberio kəndində baş vermiş yanğında həlak olanların xatirəsinə matəm günü elan edilib. Abxaziyanın işğal olunmuş ərazisindəki Qali rayonunun Saberio kəndində baş verən yanğın 5 uşağın həyatına son qoyub.