This is a specific ad

Gürcüstanın baş naziri ölkənin iqtisadi artımından danışdı

130

Another advertisement

“Bu il biz keçən ilki iqtisadi artım tempini yaxşılaşdıra bilərik. Bunun üçün hər şey edilməlidir”.

Qafqaztürk Media xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.

Baş nazir vurğulayır ki, 6 ayın məlumatına görə, 9% iqtisadi artım qeydə alınıb ki, bu da təkcə regionda deyil, bütün Avropada ən yaxşı göstəricidir.

“Dünən iqtisadi artım məlumatları dərc edilib və 6 aylıq göstərici qeydə alınıb, 9% iqtisadi artım qeydə alınıb ki, bu da təkcə regionda deyil, bütün Avropada ən yaxşı göstəricidir. Bizim əsas vəzifələrimizdən biri yüksək iqtisadi artım tempini saxlamaqdır. İqtisadi artım ölkənin bütün istiqamətlərdə inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması deməkdir və qarşıdakı aylarda da iqtisadi artımın yüksək tempini saxlamaq bizim fəaliyyətimizin əsas vəzifələrindən biri olacaqdır. Hər şey onu göstərir ki, biz bu il keçən ilki iqtisadi artım tempini yaxşılaşdıra bilərik. Bunun üçün hər şey edilməlidir”, – deyə baş nazir bildirib.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Gürcüstanda bu gündən qüvvəyə minən qaydalar
Öncəki yazı
Bu gün Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür