“NATO-nun sammitində deyilib ki, Ukrayna Rusiya ilə müharibə vəziyyətində olduğu halda, alyansa üzv ola bilməz. Əvəzində Üçüncü Dünya müharibəsinə yol verə bilməyəcəklərini söyləyiblər”.
QafqazTürk xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib.
Onun sözlərinə görə, Gürcüstan lazımsız gözləntilər yaratmamaq üçün strateji səbir siyasəti yürüdür:
“Belə bir vəziyyətdə, dostlar, söhbət bizdən on dəfə böyük, 40 milyon əhalisi olan və Avropanın ən böyük dövləti olan bir ölkədən gedirsə, buna görə NATO Ukraynanın alyansa daxil olması istiqamətində təsirli addımlar ata bilmir.
Biz ilk növbədə özümüz haqqında düşünməliyik və bu nümunə bizim üçün də dərsdir. Ona görə də strateji səbir siyasəti seçmişik ki, lüzumsuz gözləntilər yaratmayaq, ardıcıl olaraq ümumi milli məqsədimizə əməl edək ki, ölkəmizi mərhələli şəkildə Avropa İttifaqına, NATO-ya yaxınlaşdıraq və nəhayət, yeri gələndə hər iki təşkilatın üzvü olaq. Bu, bizim əsas vəzifəmizdir”.
Report