Gürcüstanın Baş naziri İrakli Kobaxidze İsrailin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Hadas Meitsadı qəbul edib. Görüş səfirin diplomatik missiyasının başa çatması münasibətilə təşkil olunub.
Vida görüşündə Gürcüstan ilə İsrail arasında mövcud olan çoxəsrlik əlaqələrə və xüsusi dostluğa bir daha diqqət çəkilib. Baş nazir Hadas Meitsadı iki ölkə arasında münasibətlərin dərinləşməsinə verdiyi töhfəyə görə təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı həmçinin Yaxın Şərqdə son dövrlərdə baş verən hadisələrə toxunulub və regionda uzunmüddətli sülhün və sabitliyin təmin olunması üçün diplomatik səylərin əhəmiyyəti vurğulanıb.