Gürcüstanın baş naziri İrakli Kobaxidze Birləşmiş Ərəb Əmirliklərinə gedib.
Hökumət administrasiyasının verdiyi məlumata görə, səfər çərçivəsində hökumət başçısı Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, həmçinin Birləşmiş Ərəb Əmirliklərinin tolerantlıq naziri Şeyx Nəhyan bin Mübarək Əl Nəhyan ilə görüş keçirəcək.
“Səfər zamanı ən böyük inkişaf şirkətlərindən biri olan EMAAR ilə əməkdaşlıq memorandumu imzalanacaq və bu memorandum çərçivəsində Gürcüstana çox milyard dollarlıq investisiya yatırılacaq”.
Bundan əlavə, Abu Dabi Dövlət İnvestisiya Şirkəti və onun Orta Dəhlizin inkişafında fəal iştirak edən logistika qolu Abu Dabi Liman Qrupu ilə görüşü planlaşdırılır. Şirkət 2025-ci ildə başa çatacaq Tbilisi Quru Limanı layihəsini həyata keçirir. Şirkətlə strateji, logistika və nəqliyyat layihələrində əməkdaşlığın daha da genişləndirilməsi planlaşdırılır.