This is a specific ad

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili EBRD-in Direktorlar Şurasının üzvləri ilə görüşüb – ƏTRAFLI

48

Another advertisement

Gürcüstanın baş naziri İrakli Ğaribaşvili EBRD-in Direktorlar Şurasının üzvləri ilə görüşüb.

QafqazTürk xəbər verir ki, məlumatı Gürcüstanın Baş nazirinin mətbuat xidməti yayıb.

Məlumatda deyilir ki, tərəflər Gürcüstan hökuməti ilə EBRD arasında uğurlu əməkdaşlığı və “Avropa Yenidənqurma və İnkişaf Bankının” dəstəyi ilə həm dövlət, həm də özəl sektorda həyata keçirilən mühüm layihələri müzakirə ediblər.

Qeyd edilib ki, “Avropa Yenidənqurma və İnkişaf Bankı” Gürcüstanda 283 layihəyə 5 milyard avroya yaxın investisiya yatırıb.

Baş nazirin sözlərinə görə, EBRD-in dəstəyi ölkənin prioritet sahələrinin maliyyələşdirilməsi baxımından əvəzsizdir.

“Söhbətdə ölkədə aparılan struktur islahatlarından, demokratik inkişaf yolunda əldə olunan uğurlardan söhbət açılıb. Mövcud çağırışlara baxmayaraq, Gürcüstan hökumətinin səmərəli siyasətinin son iki ildə ölkəyə ikirəqəmli iqtisadi artım gətirməsinə diqqət yetirilib.

Bundan əlavə, turizm istiqamətində müsbət meyillərə diqqət yetirilib. Tərəflər ölkənin enerji təhlükəsizliyinin və enerji müstəqilliyinin artırılması məqsədilə həyata keçirilən iri infrastruktur layihələri haqqında da danışıblar.” – Məlumatda qeyd edilir.

Hökumət administrasiyasında keçirilən görüşdə EBRD-in Qafqaz üzrə regional direktoru Katarina Biorlin Hansenin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri, Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili, maliyyə naziri Laşa Xutsişvili, regional inkişaf və infrastruktur naziri İrakli Karseladze və hökumət administrasiyasının rəhbəri Revaz Cavelidze nazirlər iştirak ediblər.

Sonrakı yazı
İmtahan vəsiqələrinin çap edilməsinə başlandı
Öncəki yazı
საგამოცდო ბარათების ამობეჭდვა დაიწყო