Gürcüstanın Baş naziri fəlakət zonasına gedib – ƏTRAFLI

1

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili torpaq sürüşməsinin baş verdiyi Şovi kurortuna gedib.

QafqazTürk xəbər verir ki, bu barədə “Rustavi 2” telekanalı məlumat yayıb.

Xilasedicilər Raça dağlıq bölgəsində, Şovi kurortu yaxınlığında ötən gün baş verən torpaq sürüşməsi nəticəsində torpaq altından iki nəfərin meyitini çıxarıblar.

Qeyd edək ki, insanları təxliyə etmək üçün hadisə yerinə xilasedicilər və polis əməkdaşları gəlib. Uşaqlar da daxil olmaqla, 140 nəfər təxliyə edilib. Son məlumata görə, torpaq altında qalan 50 nəfərin 6-nı aşkar etmək mümkün olub.

0
0
Sonrakı yazı
ABŞ institutu: “İran, Rusiya və Suriya rejimi ABŞ-ı Suriyadan çıxarmağa çalışır”
Öncəki yazı
Danimarkada Quranın yandırılması ilə əlaqədar sərhəd nəzarəti gücləndirilir