This is a specific ad

Gürcüstanın Baş naziri: Aİ üzvlüyünə namizəd statusu almaq üçün bütün gücümüzlə çalışırıq

28

Another advertisement

“Gürcüstan hazırda böyük geosiyasi çağırışlar dövrünü yaşayır. Bu mərhələni müdriklik və səbirlə keçmək, ayıq-sayıq olmaq, uzaqgörənliklə hərəkət etmək, sülhün qorunmasının qayğısına qalmaq bizim borcumuzdur. Eyni zamanda, əhalimizin gözləntilərini qarşılamaq üçün ölkəmizi inkişaf etdirməliyik”.

QafqazTürk.com xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Frankofoniya Parlament Assambleyasının Tbilisidə keçirilən 48-ci sessiyasındakı çıxışı zamanı deyib.

Baş nazirin sözlərinə görə, Gürcüstan hökuməti hazırkı mürəkkəb və çətin vəziyyətdən çıxış yolu tapmaq, Avropa İttifaqına namizəd statusu almaq üçün bütün gücü ilə çalışır.

Qeyd edək ki, Gürcüstan Frankofoniya Parlament Assambleyasında fəxri qonaq statusuna malikdir.

Kateqoriya: Siyasət
Sonrakı yazı
ABŞ Ukraynaya yeni hərbi yardım paketi elan edib
Öncəki yazı
Şalva Papuaşvili: Gürcüstan müasir dövrün təhlükəsizlik çağırışlarına məsuliyyətlə yanaşır