“Gürcüstan parlamenti sədrinin Azərbaycan Respublikasının Prezidenti və Milli Məclisin sədri ilə Bakıda keçirilən görüşündə ikitərəfli münasibətlərin bütün spektri müzakirə olunub“.
QafqazTürk.com xəbər verir ki, bunu Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze deyib.
Pataridzenin sözlərinə görə, sözügedən səfər ikitərəfli münasibətlərə əlavə təkan verəcək.
“Artıq Azərbaycan Respublikasının Prezidenti ilə görüş baş tutub. Görüşdə ikitərəfli münasibətlərin bütün spektri müzakirə edilib. Bununla yanaşı, həm siyasi, həm də iqtisadi-ticari istiqamətdə əlaqələrin yüksək dinamikası qeyd edilib. Ölkələrimiz arasındakı qarşılıqlı səfərlər və təbii ki, icra hakimiyyətlərinin əlaqəsi, məşğulluğu, parlamentlərarası əlaqələri vurğulanıb. Hesab edirəm ki, bu dinamika gələcəkdə də qorunacaq. Ölkələrimiz arasında müzakirə olunan məsələlərin reallaşması çox vacibdir. Düşünürəm ki, bu səfər ikitərəfli münasibətlərimizə əlavə təkan verəcək. Bu proseslərdə ölkəmizin vasitəçiliyi, iştirakı, daha dəqiq desəm, Gürcüstanın baş nazirinin birbaşa iştirakı çox vacibdir. Bu və digər məsələlər həm prezident administrasiyasında, həm də Azərbaycan Milli Məclisində müzakirə olunub”, – deyə Zurab Pataradze bildirib.