Gürcüstanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin fəaliyyətinin dayandırılması ilə bağlı Monitorinq Komitəsinin rəyi 24 saat ərzində açıqlanacaq

112

Gürcüstan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin etimadnaməsinin tanınması məsələsindən apellyasiya şikayəti verilib.

Monitorinq və prosedur komitələri bu məsələni müzakirə edəcəklər. Onlar 24 saat ərzində öz rəyini bildirməlidirlər, bundan sonra məsələ səsverməyə çıxarılacaq.

Assambleyanın Gürcüstan nümayəndə heyətinin etimadnaməsini tanıyıb-tanınmaması yanvarın 27-31-də keçiriləcək sessiyada açıqlanacaq.

Avropa Xalq Partiyası (APP) Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərini şübhə altına alıb. 5 ölkədən nümayəndə heyətinin 30-dan çox üzvü məsələni dəstəkləyib.

Gürcüstan nümayəndə heyətinin etimadnaməsinin tanınması məsələsini İsveç parlamentinin deputatı Borjana Oberq qaldırıb.

“Gürcüstan parlamenti birpartiyalı parlamentdir – yalnız “Gürcü arzusu” ilə. İvanişvili rejimi Gürcüstanda demokratik nizamı məhv edir. Ona görə də mən Avropa Xalq Partiyası adından sizə müraciət edirəm ki, onların səlahiyyətlərini dayandırın”, – Borjana Oberq bildirib.

Kateqoriya: Cəmiyyət, Siyasət
Sonrakı yazı
Aİ Şurası Gürcüstan diplomatları və rəsmiləri üçün vizasız gediş-gəlişin dayandırılması barədə qərar qəbul edib
Öncəki yazı
“TRT”nin yaydığı Zəngəzur dəhlizi ilə bağlı xəritə İrəvanı qarışdırdı