This is a specific ad

Gürcüstanın Avropa İttifaqına qəbulu müvəqqəti dayandırılıb

52

Another advertisement

“Təəssüflə bildirirəm ki, Aİ ölkələrinin liderləri Gürcüstanın Aİ-yə daxil olması prosesini dayandırmaq barədə razılığa gəliblər.

Qafqaztürk.com xəbər verir k, bu barədə iki günlük beynəlxalq konfransın keçirildiyi Tbilisidə jurnalistlərə Avropa İttifaqının Gürcüstandakı səfiri Pavel Herçinski bildirib.

“İyunun 27-də Aİ liderləri, prezidentləri və baş nazirləri Brüsseldə görüşdülər və onlar bir sıra mühüm qərarlar qəbul etdilər, Aİ-nin gələcək dövr üçün strateji gündəliyini razılaşdırdılar, Aİ-nin gələcək liderləri ilə bağlı razılığa gəldilər. Bu, Avropa Şurasının yekununda çox aydın ifadə olunub. Gürcüstanın hazırkı hakimiyyətinin niyyəti Avropa İttifaqı liderləri üçün aydın deyil. Xarici Təsirdə Şəffaflıq Aktı açıq şəkildə 9 addımdan geriyə doğru bir addımdır. Həmçinin, anti-Qərb, anti-Avropa ritorikası bəyan edilmiş Avropa İttifaqına daxil olmaq məqsədi ilə tamamilə uyğun gəlmir. Təəssüf ki, hazırda Gürcüstanın Avropa İttifaqına qəbulu dayandırılıb. Bu, həqiqətən də kədərlidir və ürəkağrıdandır”, – səfir bildirib.

Bundan əlavə, onun sözlərinə görə, Avropa İttifaqı digər namizəd ölkələrlə bağlı əlavə addımlar atır və Avropa İttifaqı Moldova və Ukrayna ilə üzvlük danışıqlarına başlamaq qərarına gəlib.

Səmimi ümid edirəm ki, seçkilərdən sonra yeni qurulan hökumət yenidən Avropa İttifaqına daxil olmaq istiqamətində ciddi işlərə başlayacaq”, – deyə səfir bildirib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
რა ეღირება დოლარი და ევრო 9 ივლისს – ახალი კურსი
Öncəki yazı
გაციების მსგავსი სიმპტომები და ვირუსული ინფექციებისთვის დამახასიათებელი ტკივილები – ქვეყანაში “მეტაპნევმო” ვირუსმა დაიწყო გავრცელება