This is a specific ad

Gürcüstanın Aİ-yə namizədlik statusunun dayandırılması üçün Borellə müraciət edilib

17

Another advertisement

Avropa Parlamentinin (AP) 31 deputatı Gürcüstanın Avropa İttifaqına (Aİ) namizədlik statusunun ləğv edilməsi və Gürcüstana maliyyə yardımlarının nəzərdən keçirilməsi üçün üçün Aİ-nin xarici siyasət rəhbəri Cozep Borellə müraciət edib.

QafqazTürk.com  xəbər verir ki, bu barədə AP-nin üzvü Petras Austrevicius “X” platformasındakı paylaşımında bildirib. Deputatlar Gürcüstan rəsmilərinin və Gürcü Arzusu partiyasının davranışlarının namizəd ölkənin öhdəliklərinə zidd olduğunu bəyan ediblər.

“Birincisi, Gürcüstan rəsmilərinin və hakim “Gürcü Arzusu” partiyasının davranışı Aİ namizədi ölkənin öhdəliklərinə ziddir. Ona görə də Gürcüstanın namizəd statusu üzvlük prosesində əlavə proqres olmadan dayandırılmalıdır. İkincisi, Gürcüstanın dövlət büdcəsinə və hökumət proqramlarına Aİ maliyyəsi bir daha nəzərdənən keçirilməlidir”, – deyə deputatların Borellə məktubunda bildirilib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Ukraynada daha iki gürcü döyüşçü həlak olub
Öncəki yazı
Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkətin bərpa olunacağı vaxt açıqlanıb