This is a specific ad

Gürcüstanın “Açıq Hökumət Tərəfdaşlığı”na üzvlüyü dayandırılıb

218

Another advertisement

Gürcüstanın “Açıq Hökumət Tərəfdaşlığı”na (OGP) üzvlüyü dayandırılıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə məlumatı hökumət administrasiyasından təsdiqləyiblər.

Administrasiyanın məlumatına görə, hökumət “Açıq Hökumət Tərəfdaşlığı”na üzvlüyün dayandırılması barədə bildirişi oktyabrın 16-da alıb.

Məlumat üçün bildirək ki, “Açıq Hökumət Tərəfdaşlığı” (OGP) 2011-ci il sentyabrın 20-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində, ABŞ və Braziliya prezidentlərinin birgə təşəbbüsü ilə 8 ölkənin hökumətləri tərəfindən təsis edilib. Bu gün OGP 75 üzv ölkənin hökumətlərini və minlərlə vətəndaş cəmiyyəti təşkilatını birləşdirir.

Gürcüstan 2012-ci ildə Açıq Hökumət Tərəfdaşlığına (OGP) üzv olub. 2014-cü ildə ölkə AHT-nin Rəhbər Komitəsinin üzvü olub, 2015-ci ildə isə OGP-nin ilk Avropa regional konfransına ev sahibliyi edib. 2017-ci ildə Gürcüstan 1 il müddətinə AGP-nin sədri seçilib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Rusiya Gürcüstan və Azərbaycandan elektrik enerjisi idxalı imkanlarını nəzərdən keçirir
Öncəki yazı
Müəllimlərin əmək haqqlarının ödənilməsi qaydalarında dəyişiklik edilib