Another advertisement
Gürcüstanın 2 vətəndaşı iki ilə yaxın əsirlikdən sonra Çxinvalidən azad edilib.
Rusiya işğalçı qüvvələri tərəfindən Çxinvali bölgəsində qanunsuz olaraq saxlanılan Kaxaber Natadze və Mamuka Çxikvadze azaddırlar və artıq Gürcüstanın hökumətinin nəzarətində olan əraziyə keçiblər.
Gürcistan vətəndaşı olan Mamuka Çxikvadze 2021-ci ilin dekabrında Zemo Nikozi kəndi yaxınlığında işğalçı qüvvələr tərəfindən həbs edilərək 5,5 il müddətinə azadlıqdan məhrum edilmiş keçmiş hərbçidir.Kaxaber Natadze də Mamuka Çxikvadze kimi 2021-ci ilin dekabrında işğal olunmuş ərazinin yaxınlığında, Qduleti kəndi yaxınlığında həbs edilib.