This is a specific ad

Gürcüstandan Türkiyəyə sərhədi qanunsuz keçməyə cəhd edən 2 İran vətəndaşı həbs edilib

65

Another advertisement

İran İslam Respublikasının 2 vətəndaşı qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd faktına görə həbs edilib.

QafqazTürk.com Gürcüstan sərhəd polisinə istinadən xəbər verir.

Agentliyin məlumatına görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər sərhəd-keçid məntəqəsindən yan keçərək Gürcüstandan Türkiyə Respublikası istiqamətində Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd ediblər.

Cinayət 5 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-344-cü maddəsinin ikinci hissəsinin “A” yarımbəndinə əsasən aparılır.

Kateqoriya: Cinayət
Sonrakı yazı
Professor Mədəd Çobanovun anım mərasimi keçirilir – FOTO
Öncəki yazı
2023-cü ilin yayında görünməmiş istilərin ardınca gələcək nəticələr