Another advertisement
İran İslam Respublikasının 2 vətəndaşı qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd faktına görə həbs edilib.
QafqazTürk.com Gürcüstan sərhəd polisinə istinadən xəbər verir.
Agentliyin məlumatına görə, istintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər sərhəd-keçid məntəqəsindən yan keçərək Gürcüstandan Türkiyə Respublikası istiqamətində Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyə cəhd ediblər.
Cinayət 5 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-344-cü maddəsinin ikinci hissəsinin “A” yarımbəndinə əsasən aparılır.