Another advertisement
Gürcüstandan yüngül avtomobillərin reeksport dəyəri rekord səviyyə çatıb.
QafqazTürk.com xəbər verir ki, 2023-cü ilin yanvar-sentyabr aylarında Gürcüstandan 1,5 milyard ABŞ dolları dəyərində avtomobil ixrac edilibsə, ötən ilin müvafiq dövründə isə 592,2 milyon ABŞ dolları dəyərində avtomobil ixrac edilib.
Cari ilin ilk 9 ayında Gürcüstandan avtomobillərin ən çox satıldığı və reeksport olunduğu 10 ölkənin siyahısını təqdim edirik:
- Qırğızıstan – 427,6 milyon ABŞ dolları dəyərində 11 min 122 avtomobil
- Qazaxıstan – 414,9 milyon ABŞ dolları dəyərində 26 min 586 avtomobil
- Azərbaycan – 328,7 milyon ABŞ dolları dəyərində 18 min 299 avtomobil
- Ermənistan – 239 777 milyon ABŞ dolları dəyərində 13 min 265 avtomobil
- Rusiya – 66,946 milyon ABŞ dolları dəyərində 4 min 951 avtomobil
- Tacikistan — 23,9 milyon ABŞ dolları dəyərində 2 min 178 avtomobil
- Belçika – 18,8 milyon ABŞ dolları dəyərində 387 avtomobil
- Ukrayna – 12,6 milyon ABŞ dolları dəyərində 1162 avtomobil
- Birləşmiş Ərəb Əmirlikləri – 9,5 milyon ABŞ dolları dəyərində 181 avtomobil
- Türkiyə – 6,1 milyon ABŞ dolları dəyərində 312 avtomobil