This is a specific ad

Gürcüstandan pomidorun təkrar ixracı 5,5 dəfə artdı

54

Another advertisement

Gürcüstandan pomidorun təkrar ixracı 5,5 dəfə artıb. Daha dəqiq desək, 2022-ci ilin yanvar-iyul aylarında ölkədən 274,4 min dollar (241,6 ton) dəyərində pomidor təkrar ixrac edilibsə, bu ilin eyni dövründə bu rəqəm 1,516 milyon dollara (1 031 ton) yüksəlib.

Bu il təkrar ixrac əsasən Ermənistan və Rusiyaya həyata keçirilib. Gürcüstandan Rusiyada 894,9 min dollar (604,7 ton), Ermənistanda isə 621,3 min dollar (426,6 ton) dəyərində pomidor “yenidən satılıb”.

Təkrar ixracın artması ilə əlaqədar ölkəyə pomidor idxalı da artıb. O cümlədən, 2023-cü ilin yanvar-iyul aylarında ölkəyə 8,061 milyon dollar (19 min 392 ton) dəyərində yeni pomidor idxal edildiyi halda, ötən ilin eyni dövründə 5,045 milyon dollar (14 min 588 ton) olub. Türkiyə ötən il olduğu kimi 2023-cü ildə də əsas idxalçı olub. Bu il qonşu ölkədən 7 milyon 949 min dollar (19 min 161 ton), 2022-ci ilin 7 ayında isə 4 milyon 943 min dollar (14 min 399 ton) dəyərində yeni pomidor almışıq.

Kateqoriya: Gündəm
Sonrakı yazı
საქართველო-თურქეთის საზღვარზე, განახლებული საბაჟო გამშვები პუნქტი “თურქ-გოზუ” გაიხსნა
Öncəki yazı
საქართველოდან პომიდვრის რეექსპორტი 5,5-ჯერ გაიზარდა – სად „გადავყიდეთ“ პროდუქტი