Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər saxlanılıb

142

“Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Gürcüstandan Azərbaycana qanunsuz keçmək istəyən 10 nəfər saxlanılıb.

QafqazTürk.com xəbər verir ki , bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində 10 nəfər (6-sı azyaşlı olmaqla) Azərbaycan vətəndaşı Gürcüstandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Kateqoriya: Cinayət
Sonrakı yazı
ამინდი მკვეთრად იცვლება – სინოპტიკოსები მოსახლეობას აფრთხილებენ
Öncəki yazı
განისაზღვრა უქმე დღე – მთავრობის ახალი გადაწყვეტილება