This is a specific ad

Gürcüstandan Azərbaycana pul köçürmələri 30 % artıb

50

Another advertisement

2023-cü ildə Gürcüstandan Azərbaycana isə 37,5 milyon ABŞ dolları pul köçürülüb.

QafqazTürk.com Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 29,8 % çoxdur.

Hesabat dövründə Gürcüstandan Azərbaycana pul köçürmələrinin ümumi köçürmələrdə payı 0,8 %-dən 2,3 %-ə çatıb.

Ötən il Azərbaycandan Gürcüstana isə 58,85 milyon ABŞ dolları pul köçürülüb. Bu isə əvvəlki ilə nisbətən 0,8 % azdır.

İl ərzində Azərbaycandan Gürcüstana pul köçürmələrinin ümumi köçürmələrdə payı 8,8 %-dən 10,7 %-ə çatıb.

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Baş nazir ABŞ, Böyük Britaniya və Aİ səfirləri ilə görüşüb
Öncəki yazı
Parlamentdə gərgin anlar- Müxalif deputat hakim partiyanın fraksiya sədrini yumruqla vurub