Gürcüstanda 3,6 bal gücündə zəlzələ baş verib.
QafqazTürk.com xəbər verir ki, bu barədə Yer Elmləri İnstitutunun Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, yeraltı təkanlar saat 06:24-də 11 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələnin episentri Tianeti şəhərindən 32 km şimal-şərqdə, Uqana Pşavi kəndində yerləşib.