• 08 Dekabr 2023 12:45

Gürcüstanda yoxsulluq həddi – STATİSTİKA

Avatar photo

ByHacı Xəlilzadə

May 29, 2023

2022-ci ildə Gürcüstanda mütləq yoxsulluq həddindən (mütləq yoxsulluq səviyyəsi) aşağı olan əhalinin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9% azalaraq 15,6% təşkil edib.

QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.

Məlumata görə, 2022-ci ildə şəhər yaşayış məntəqələrində yoxsulluğun səviyyəsi 2,7% azalaraq 12,3%, kənd yaşayış məntəqələrində isə 0,7% azalaraq 20,6% təşkil edib.

Qadınlarda mütləq yoxsulluq səviyyəsi 1,8% azalaraq 15,3%, kişilərdə isə 2,1% bəndi azalaraq 15,8% təşkil edib.

55710cookie-checkGürcüstanda yoxsulluq həddi – STATİSTİKA