Another advertisement
2022-ci ildə Gürcüstanda mütləq yoxsulluq həddindən (mütləq yoxsulluq səviyyəsi) aşağı olan əhalinin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,9% azalaraq 15,6% təşkil edib.
QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Statistika Xidməti məlumat yayıb.
Məlumata görə, 2022-ci ildə şəhər yaşayış məntəqələrində yoxsulluğun səviyyəsi 2,7% azalaraq 12,3%, kənd yaşayış məntəqələrində isə 0,7% azalaraq 20,6% təşkil edib.
Qadınlarda mütləq yoxsulluq səviyyəsi 1,8% azalaraq 15,3%, kişilərdə isə 2,1% bəndi azalaraq 15,8% təşkil edib.