This is a specific ad

Gürcüstanda yoxsul yaşayanların regionlar üzrə STATİSTİKASI

41

Another advertisement

2024-cü ilin yanvar ayında Gürcüstanda 647 min 479 nəfər yaşayış minimumu alır ki, bu da əvvəlki ilin göstəricisindən 20 min 189 nəfər azdır. 2023-cü ilin eyni dövründə isə 667 min 668 nəfər sosial yardım alıb.

QafqazTürk.com xəbər verir ki, əhalinin məşğulluğunun təşviqi dövlət proqramı çərçivəsində 2024-cü ilin yanvar ayında yaşayış minimumu alan 647 min 479 nəfərdən 208 min 85 nəfər 4 il müddətinə sosial cəhətdən həssas qruplar paketi alacaq.

Bu ilin məlumatlarına görə isə ən çox sosial yardım alanlar Tbilisidə (ümumi sayın demək olar ki, 21%-i), ikinci yerdə Kvemo Kartli (14,2%) və Sameqrelo-Zemo Svaneti (12,1%) gəlir.

2024-cü ilin yanvar ayına əsasən yaşayış müavinəti alan şəxslərin regionlar üzrə bölgüsü belədir:

1. Tbilisi – 136 min 564 nəfər
2. Kvemo Kartli – 92 min 54 nəfər
3. İmereti – 79 min 100 nəfər
4. Sameqrelo Zemo Svaneti – 78 min 429 nəfər
5. Kaxeti – 63 min 447 nəfər
6. Acarıstan Muxtar Respublikası – 67 min 418 nəfər
7. Şida Kartli – 54 min 266 nəfər
8. Quriya – 26 min 1 nəfər
9. Samtsxe Cavaxeti – 19 min 240 nəfər
10. Mtsxeta Mtianeti – 17 min 689 nəfər
11. Raça Leçxumi və Kvemo Svaneti – 13 min 271 nəfər

Kateqoriya: İqtisadiyyat
Sonrakı yazı
Gürcüstanda valideynlərin 10%-i uşaqlarına qumar pulu verir
Öncəki yazı
1 mart tarixinədək gözlənilən hava şəraiti – PROQNOZ