This is a specific ad

Toplananların yerini dəyişməyəndə cəm dəyişir?

54

Another advertisement

Gürcüstanda “Birlik” adlı yeni siyasi platformanın əsası qoyuldu. Seçkilərə bir neçə ay qalmış yeni yaradılan  platformanın təqdimatını Vahid Milli Hərəkatın sədri Tina Bokuçava açaraq komanda üzvlərini təqdim edib: Qiorqi Vaşadze, Qia Caparidze, Sopo Caparidze, Laşa Bakradze, Ana Mosaşvili, Tamar Kordzaia, Armaz Axvlediani, İrakli Pavlenişvili və Laşa Diarov.

Təqdimatda verilən açıqlamaya görə, “Birlik” platforması seçkilərdə  5 nömrə altında mübarizə aparacaqlar.

Bokuçavanın qeyd etdiyinə görə, oktyabrın 26-da ölkəni xilas etmək şansı var və indi Gürcüstan üçün birlik vaxtıdır.

“Mən sizin qarşınızda böyük məsuliyyət hissi ilə dayanıram. Hər birinizin və bu ölkənin hər bir vətəndaşının qarşısında məsuliyyət daşıyıram. 26 oktyabr seçkilərinin ölkəmizi xilas etmək üçün bir şans var. Bu, tarixi seçimlərimizi geri qaytarmaq üçün bir şansdır.

Bidzina İvanişvili 26 oktyabr seçkilərini Rusiya ilə Avropa arasında referenduma çevirdi. Oktyabrın 26-da keçiriləcək seçkilər öncəsi dövrdə bizi birləşdirən təmas nöqtələri axtarmaqdır. İndi parçalanma, qarşıdurma, ambisiya, eqo vaxtı deyil. İndi Gürcüstan üçün birlik vaxtıdır”, – deyə Tina Bokuçava bildirib.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Pavel Herçinski: “Gürcüstan üçün ayırdığımız 30 milyon avro donduruldu”
Öncəki yazı
O, “Tarixin ən yaxşısı” adına sahib olan Maqnus Karlseni 41,2 saniyəyə mat etdi.