This is a specific ad

Gürcüstanda yaşayış üçün müavinət alanların sayı artıb

288

Another advertisement

Gürcüstanda yaşayış üçün müavinət alanların sayı artıb.

QafqazTürk Media xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyi məlumat yayıb. Avqust ayında 454 112 vətəndaşa yaşayış üçün müavinət verilib. Statistik məlumatlara görə, onların arasında 244 699 16 yaşa qədər uşaq var.

Əldə olan məlumata görə, avqust ayına qədər olan məlumat belə göstərir ki, əhalinin məşğulluğunun təşviqi dövlət proqramına 226 721 nəfər cəlb olunub.

Məlumat üçün bildirək ki, bu ilin yanvar ayı ərzində 439 394 nəfərə yaşayış müavinəti verildiyinə görə, bu dövrdən etibarən nağd yardım alan sosial cəhətdən həssas əhalinin sayı 14 718 nəfər artıb.

Bundan başqa, yanvar ayının məlumatına görə, 16 yaşadək 231 208 uşaq sosial müavinət alıb.

Kateqoriya: Cəmiyyət
Sonrakı yazı
Baş nazir: ABŞ ilə münasibətlərə yenidən baxıla bilər
Öncəki yazı
Ukrayna Polşaya nota göndərəcək