This is a specific ad

Gürcüstanda yaşayan Türkiyə vətəndaşlarının nəzərinə!

80

Another advertisement

Müxtəlif ölkələrdə yaşayan 3,4 milyon Türkiyə vətəndaşı bu gündən mayın 9-dək prezident və parlament seçkilərində səsvermə imkanı əldə edəcək. Yalnız mayın 14-də Türkiyə ərazisində birbaşa səs vermək mümkün olacaq. Bu barədə məlumatı “Associated Press” agentliyi yayır.

Türkiyənin Gürcüstandakı səfirliyindən verilən məlumata görə, Gürcüstanda yaşayan Türkiyə vətəndaşları mayın 7-9-da keçiriləcək seçkilərdə iştirak edə biləcək.

Qeyd edək ki, Türkiyə Almaniyada 1,5 milyon türk vətəndaşının səs verə biləcəyi ən böyük diasporaya malikdir. Fransada isə 400 min Türkiyə vətəndaşı var.

Prezident seçkilərinin birinci turunda heç bir namizəd mütləq səs çoxluğunu toplaya bilməzsə, o zaman seçkilərin ikinci turu mayın 20-24-də keçiriləcək.

Sonrakı yazı
Rusiya-Türkiyə əməkdaşlığının Türkiyə iqtisadiyyatına təsiri
Öncəki yazı
Co Bayden: Tramp Amerika demokratiyası üçün təhlükədir